İcra başçısı “Əməkdar müəllim” İlham Məmmədovu qəbul edib
09 aprel 2025 | 11:59
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Əməkdar müəllim”, “Tərəqqi” medallı şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Məmmədov İlham Allahverdi oğlunu qəbul edib, onun qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri qəbul zamanı respublika prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi diqqət və qayğıdan söhbət açıb. İcra başçısı əməkdar müəllimlə təhsilin səviyyəsinin yüksəldilməsi ilə bağlı fikir mübadiləsi də aparıb.