Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı daha bir qazi ailəsi ilə görüşüb

26 yanvar 2023 | 12:33

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri ilə birlikdə Yuxarı Sarıcalı kəndində 3-cü dərəcəli Vətən  müharibəsi əlili Cəfərli Elvin Hafiz oğlunun ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Elvin kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. Onun ərazi  bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.

Qeyd edək ki, N saylı hərbi hissənin müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu Cəfərli Elvin Ağdərə-Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü" və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Qazi şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər