İcra başçısı daha bir qazi ailəsi ilə görüşüb
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov DTX-nin Tərtər Rayon Şöbəsinin rəisi Anar Əliyev, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri və “Respublika” qəzetinin bölgə müxbiri Vəli Vəliyevlə birlikdə Azad Qaraqoyunlu kəndində 3-cu dərəcəli Vətən müharibəsi əlili Abbaslı Sadiq Rəfael oğlunun ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, Talış və Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edən N saylı əlahiddə kəşfiyyat taborunun müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçusu Sadiqin keçdiyi döyüş yolundan danışıb.
Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Sadiq kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. Onun Vətən, ərazi bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.
Qeyd olunub ki, Sadiq Abbaslı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Cəsur döyüşcü”, “Suqovuşanın azad olunmasına görə”, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Onun xoşbəxt ailəsi, 1 oğlu var.
Rayon icra hakimiyyəti tərəfindən qazinin övladına hədiyə təqdim olunub.
Abbaslı Sadiq şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.