Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Birinci Qarabağ müharibəsi şəhidi Dadaş Dadaşovun yas mərasimində iştirak edib

22 fevral 2026 | 16:45

 Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Dadaşov Dadaş Şərif oğlunun üç mərasimi keçirilib. İcra başçısı, Bərdə rayonunun Mollaisalar kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, gül dəstələri düzüb və ruhuna dualar oxunub.

Yas mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Tərtər və Bərdə rayonlarının hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov,  Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhidin ailə üzvləri, qazilər, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, KİV və ictimaiyyət nümayəndələri, eləcə də din xadimləri iştirak ediblər.

Qeyd edək ki, Dadaşov Dadaş Şərif oğlu 15 fevral 1972-ci il tarixində Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olub. Birinci Qarabağ müharibəsində Murovdağ döyüşlərində iştirak edib və 11 fevral 1994-cü il tarixdə Kəlbəcər rayonunun Yanşaq kəndi ərazisində itkin düşüb.

Şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər."

Keçidlər