Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Birinci Qarabağ müharibəsi əlili Aqif Hüseynovu ziyarət edib

05 fevral 2026 | 14:31

Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla  birlikdə Dəmirçilər kəndində Birinci Qarabağ müharibəsi əlili Hüseynov Aqif Allahverdi oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.

Qeyd edək ki, Qeyd edək ki, Hüseynov Aqif Allahverdi oğlu Birinci Qarabağ müharibəsi zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. 1994-cü ildə Ağdərə rayonunun Çardaxlı kəndi uğrunda gedən döyüşlər zamanı sağ ayağından güllə yarası almış və Ordu sıralarından ehtiyata buraxılmışdır. Aqif Hüseynova döyüşlərdə aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmiş, qazimiz dövlət tərəfindən fərdi ev və avtomobillə təmin edilmişdir.

Birinci Qarabağ müharibəsi əlili şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.

Keçidlər