İcra başçısı beynəlxalq turnirin çempionu Murad Allahverdiyevi təbrik edib
Noyabrın 9-da Polşanın Keltse şəhərində start götürən boks üzrə beynəlxalq turnirə bu gün yekun vurulub. Millimizin heyətində 80 kq çəkidə vuruşan tərtərli boksçu Murad Allahverdiyev çempion adını qazanıb. O, bu gün keçirilən final döyüşündə boks üzrə dünya çempionatının mükafatçısı - Moldovalı rəqibi Andrey Çiryasovu məğlub edərək çempion adını qazanıb.
İdmançımızın şərəfinə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çempion Murad Allahverdiyevi təbrik edir,ona yeni uğurlar arzulayır.
Qeyd edək ki, Murad Allahverdiyev 8 qat Azərbaycan çempionu,beynəlxalq turnirlərin qalibi, 2 dəfə Avropa üçüncüsü, 1 dəfə Avropa çempionu olub və boks idman növü üzrə idman ustasıdır. Eyni zamanda o, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində hərbi xidmət edir.