Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Bayandur kənd körpələr evi-uşaq bağçasında mövcud şəraitlə tanış olub

24 iyul 2025 | 15:18

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Bayandur kənd körpələr evi-uşaq bağçasında mövcud şəraitlə yaxından tanış olub, bağçanın kollektivi və uşaqlarla görüşüb, onların qayğıları ilə maraqlanıb.

Məktəbəqədər təhsil müəssisəsində görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, gündəlik gigiyenik qaydalara əməl olunmasını, məktəbəqədər tərbiyə müəssisəsində  hər bir uşağa fərdi yanaşma ilə bağlı  tövsiyələrini verib.

Keçidlər