İcra başçısı Bala Kəngərli kəndində Birinci Qarabağ müharibəsinin ikinci dərəcəli əlili Əkrəm Abbasovu evində ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Bala Kəngərli kəndində Birinci Qarabağ müharibəsinin ikinci dərəcəli əlili Abbasov Əkrəm Əşrəf oğlunu evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
Qeyd edək ki, Əkrəm Abbasov Birinci Qarabağ müharibəsinin ilk vaxtlarından Ağdərə Rayon Polis Şöbəsinin əməkdaşı olaraq döyüşlərə qatılmış, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü il həmin istiqamətdə düşmənin atdığı mərmi nəticəsində yaralanmış və ehtiyata buraxılmışdır.
Əkrəm Abbasova müharibə zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmişdir.
Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.