İcra başçısı Azad Qaraqoyunlu kənd ibtidai məktəbində mövcud şəraitlə tanış olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 80 şagird yerlik Azad Qaraqoyunlu kənd ibtidai məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
Rayon rəhbəri şagirdlərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.