İcra başçısı antiterror əməliyyatlarında şəhid olmuş Lalayev Ruslan Akif oğlunun təltiflərini valideynlərinə təqdim edib
Şəhid Lalayev Ruslan Akif oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 noyabr 2023-cü il tarixli sərəncamına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, N saylı hərbi hissənin komandiri, polkovnik Namiq Həmidov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis müavini Pərviz Hüseynov, müharibə veteranları və kənd ictimaiyyətinin nümayəndələri ilə birlikdə şəhidin təltiflərini təqdim etmək üçün onun ailəsində olub, onun valideynləri ilə görüşərək qayğıları ilə maraqlanıb, təltiflərini təqdim ediblər.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, kiçik çavuş Lalayev Ruslan Akif oğlu 1994-cü il fevral ayının 17-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub.
Ruslan Lalayev 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Səhləbad kənd qəbiristanlığında torpağa tapşırılıb.
Rayon rəhbəri şəhidin valideynlərinə Ruslan kimi vətənpərvər igid bir oğul böyütdükləri üçün öz təçəkkürünü bildirib, onun evdən deyil, eldən gedən oğul olduğunu bildirib.
Şəhidin valideynləri onunla bağlı xatirələrini bölüşüb, göstərilən diqqət və qayğıya, övladlarının xatirələrini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezdent Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.