Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı antiterror əməliyyatlarında şəhid olmuş Abbaszadə Emin Faiq oğlunun təltiflərini valideynlərinə təqdim edib

27 dekabr 2023 | 18:31

Şəhid Abbaszadə Emin Faiq oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 noyabr 2023-cü il tarixli sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhidə verilmiş orden və medalları təqdim etmək üçün YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, N saylı hərbi hissənin komandiri, polkovnik Vüsal Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin rəis müavini Pərviz Hüseynov, müharibə veteranları və kənd ictimaiyyətinin nümayəndələri ilə birlikdə şəhidin ailəsində olub, onun valideynləri ilə görüşərək  təltiflərini təqdim edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıblar.

Emin Abbaszadə 1998-ci il may ayının 15-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Emin Abbaszadə 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Kəngərli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Rayon rəhbəri şəhidin valideynlərinə  Emin kimi vətənpərvər igid bir oğul böyütdükləri üçün öz təşəkkürünü bildirib, onun evdən deyil, eldən gedən oğul olduğunu bildirib.

Şəhidin valideynləri onunla bağlı xatirələrini bölüşüb, göstərilən diqqət və qayğıya, övladlarının xatirələrini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya  öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər