İcra başçısı antiterror əməliyyatlarında şəhid olan Rəşad Vəlizadənin 40 mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhidin ailə üzvləri ilə birlikdə sentyabr ayının 19-da lokal antiterror əməliyyatlarında şəhid olmuş rayonun Evoğlu kəndindən olan 1999-cu il təvəllüdlü müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu Vəlizadə Rəşad Elşən oğlunun məzarını ziyarət edib, xatirəsinə hörmət və ehtiram əlaməti olaraq məzarı önünə gül dəstələri qoyublar.
Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.
Sonra rayon rəhbəri şəhidin 40 mərasimində iştirak edib. Mərasimdə torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhuna dualar oxunub, xatirələri yad edilib.
İcra başçısı şəhidin aliəsinə başsağlığı verərək, ona Ulu Tanrıdan rəhmət diləyib, Vətən uğrunda canından keçməyi bacaran Rəşad kimi vətənpərvər oğul böyütdükləri üçün onlara minnətdarlığını bildirib.
Qeyd olunub ki, sentyabrın 19-da antiterror əməliyyatlarında Azərbaycan Ordusu cəmisi 23 saat 43 dəqiqə ərzidə düşməni təslim olmağa məcbur etdi, işğal altında olan torpaqlarımız terrorçulardan tamamilə təmizləndi və hakimiyyətinin 20-ci ildönümündə-oktyabrın 15-də Ali Baş Komandan cənab İlham Əliyev Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə Azərbaycan Bayrağını dalğalandırmaqla verdiyi sözə əməl etdi.
Bu tarixi Zəfəri bizə yaşadan isə şəhid və qazilərmiz, Azərbaycan Ordusu oldu. Eldən gedən şəhid oğullarımıza Allah rəhmət eləsin, qazilərimiz tezliklə öz sağlamlıqlarına qovuşsunlar! Xalqımız tarix yazan Ali Baş Komandanımız cənab İlham Əliyevlə və onun hakimiyyəti dövründə yetişib, Qarabağı görməmələrinə baxmayaraq Qarabağı işğaldan azad edən gənclərimizlə fəxr edir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.