Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı antiterror əməliyyatları şəhidi Elnur İbrahimovun anası Zümrüd İbrahimovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib

18 may 2024 | 13:56

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim Məmmədov rayonun Qaradağlı kəndindən olan şəhid İbrahimov Elnur Səxavət oğlunun anası Zümrüd İbrahimovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib, ona səmimi arzularını çatdırıb.

İcra başçısı bütün şəhid valideynlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin baş giziri İbrahimov Elnur Səxavət oğlu 1990-cı il noyabr ayının 13-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub.

Elnur İbrahimov 19 sentytabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Qaradağlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid İbrahimov Elnur Səxavət oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “ Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda" medalı ilə təltif olunub.

Şəhidin valdeyinləri bütün şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edib, Ali Baş Komandanın həmişə şəhid və qazi ailələrinin yanında olduğunu, onların problemlərini həll etdiyini, qayğıları ilə maraqlandığını bildiriblər.

Keçidlər