Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 88 yaşlı Səttar Muradovu ad günü münasibəti ilə təbrik edib

10 aprel 2024 | 11:09

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Sarıcalı kənd İnzibati Ərazi Dairəsinin Zolgəran  kəndində yaşayan, uzun illər aqrar sahədə çalışmış Muradov Səttar Muxtar oğlunu ad günü münasibəti ilə ziyarət edib, təbrik edərək, ona bundan sonra da  sağlıqlı ömür sürməyi arzulayıb və onun qayğıları ilə maraqlanıb.

Səttar Muradov  ixtisasca aqronomdur,onun 60 illik əmək fəaliyyətinin 55 ili Zona Təcrübə Stansiyası ilə bağlıdır. Zəhmətkeş, ailəcanlı bir ağsaqqaldır. Səttar kişinin 4 övladı, 9 nəvəsi, 4 nəticəsi var. Hamı bir araya yığılanda böyük bir məclisi xatırladır.

Rayon rəhbəri ilə ötən ömür yoluna nəzər salan ağsaqqal əmək fəaliyyəti və həyatı ilə bağlı xatirələrini onunla bölüşüb. Ağsaqqalı dinləyən icra başçısı onun ömür yolunun gənclərə bir örnək olduğunu bildirib, ona ən səmimi arzularını çatdıraraq  Səttar Muradova rayon icra hakimiyyəti tərəfindən uzun illər aqrar sahənin inkişafında fasiləsiz əmək fəaliyyətinə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fəxri fərman və qiymətli hədiyyə təqdim edib.

Səttar Muradov göstəriən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərinə öz təşəkkürünü bildirib.

Keçidlər