Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 70 illik yubileyi münasibətilə təcrübəli cərrah Mübariz Mahmudovu təbrik edib

25 avqust 2026 | 10:25

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 70 illik yubileyi münasibətilə Tərtər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin cərrahı, uzun illər rayon səhiyyəsinin inkişafında səmərəli fəaliyyət göstərmiş təcrübəli həkim Mübariz Mahmudovu evində ziyarət edib.

Ziyarətdə Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov və Tərtər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Pərvanə Xuduyeva da iştirak ediblər.

Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yubilyarı 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edərək, onun şərəfli həkimlik peşəsinə həsr etdiyi böyük əməyi və rayon sakinlərinin sağlamlığının qorunmasındakı xidmətlərini yüksək qiymətləndirib.

Rayon rəhbəri bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan səhiyyəsinin modernləşdirilməsi, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və tibb işçilərinə dövlət qayğısının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Hər bir cəmiyyətdə insan sağlamlığının keşiyində duran həkim peşəsinin müqəddəs və məsuliyyətli bir missiya olduğunu vurğulayan icra başçısı Mübariz həkimin uzun illər ərzində öz yüksək peşəkarlığı, humanistliyi və insanlara olan diqqəti ilə Tərtər rayon sakinləri arasında böyük hörmət və nüfuz qazandığını, onun minlərlə xəstəyə şəfa bəxş etdiyini qeyd edib.

Müstəqim Məmmədov yubilyara möhkəm cansağlığı, uzun ömür arzulayaraq ona Tərtər Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və gül dəstəsi təqdim edib.

Mübariz Mahmudov ona göstərilən diqqət və qayğıya, həkim əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Keçidlər