Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 3-cü dərəcəli Vətən müharibəsi əlili Məhəmməd Əhmədovun ailəsi ilə görüşüb

05 aprel 2024 | 14:56

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Anar Əliyev və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Qaraağacı kəndində 3-cü dərəcəli Vətən  müharibəsi əlili Əhmədov Məhəmməd Mahir oğlunun ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.

Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Əhməd kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. Onun Vətən, ərazi  bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu, 3-cü qrup Vətən müharibəsi əlili, rayonun Qaraağacı kənd sakini Əhmədov Məhəmməd Mahir oğlu Talış-Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. O, döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və  “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Qazi Məhəmməd Əhmədov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər