İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Yuxarı Qapanlı kəndində Vətən Müharibəsi şəhidi Rüstəm Hacıyevin məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədov köməkçisi Elçin Cahangirov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Yuxarı Qapanlı kəndində şəhid Hacıyev Rüstəm Firqani oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, 1999-cu il təvəllüdlü Rüstəm Hacıyev Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn olunub.
O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Kəlbəcərin azad edilməsinə görə”, “Hərbi Xidmətə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.