Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Yuxarı Qapanlı kəndində Şəhid Hacıyev Rüstəm Firqani oğlunun ailəsini ziyarət edib

21 sentyabr 2023 | 14:18

Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar 44 günlük Vətən müharibəsi şəhidi Hacıyev Rüstəmin ailəsini ziyarət edib. Şəhidin ailə üzvləri ilə görüşən rayon rəhbəri 27 sentyabr 2020-ci il tarixdə  başlayaraq 44 gün davam edən Vətən müharibəsini  Rüstəm kimi igid oğulların sayəsində  Azərbaycanın parlaq qələbəsi ilə başa çatdığını və 30 ilə yaxın işğal altında olan torpaqlarımızın  işğaldan azad edildiyini bildirərək, şəhidin ailə üzvləri ilə birlikdə onun keçdiyi döyüş yoluna nəzər salıb.

Rüstəm Hacıyev 1999-cu ilin sentyabr ayının 22-də Tərtər rayonunun Yuxarı Qapanlı kəndində anadan olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Hacıyev Rüstəm 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hacıyev Rüstəm sentyabrın 29-da Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.Tərtər rayonu Yuxarı Qapanlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Rüstəm Hacıyev ölümündən sonra “Hərbi xidmətlərə görə”, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri Rüstəmlə bağlı xatirələrini dilə gətiriblər, onun qoxmaz, igid bir oğul olduğunu söyləyiblər.

İcra başçısı Vətən müharibəsi şəhidlərinin, eləcə də Rüstəmin keçdiyi döyüş yolunun gənc nəslə bir örnək olduğunu vurğulayıb,onların xatirəsinin xalqımızın qəlbində həmişə yaşayacağını bildirib, şəhid ailələrinə dövlət tərəfindən, eləcə də Heydər Əliyev Fondu tərəfindən göstərilən dəstəyi dilə gətirib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərmizə rəhmət eləsin!

Keçidlər