Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Yenikənd kəndində Şəhid Qasımov Azər Yaqub oğlunun ailəsini ziyarət edib

21 sentyabr 2023 | 17:51

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar rayonun Yenikənd kəndində Vətən müharibəsi şəhidi Azər Qasımovun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.

Vətən müharibəsi şəhidinin qısa, lakin şərəfli ömür yolundan söhbət açan  rayon rəhbəri tərtərlilərin tarix yazan Azər kimi oğulları ilə fəxr etdiyini bildirib.

Rayon rəhbəri şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında olduğunu, dövlət rəhbərinin şəhid ailələrinin problemlərinin həllinin bütün qurumların qarşısına  bir vəzifə kimi qoyduğunu bildirib.

Qeyd edək ki, Qasımov Azər Yaqub oğlu  1979-cu il dekabr ayının 2-də Tərtər rayonunun Yenikənd kəndində  anadan olub.

Azər Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı  uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 29-da Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub.        

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Qasımov ölümündən sonra "Vətən uğrunda" və  “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

O, ailəli idi, 4 övladı yadigar qalıb.

Şəhidin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər