İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər şəhərində Vətən Müharibəsi zamanı şəhid olmuş mülki vətəndaş Rüstəmov Vasif Bahadur oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədov köməkçisi Elçin Cahangirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Tərtər şəhərində Vətən Müharibəsi zamanı şəhid olmuş mülki vətəndaş Rüstəmov Vasif Bahadur oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Vasif Rüstəmov 1960-cı ilin mart ayının 7-də Tərtər şəhərində anadan olmuşdur.
Vasif Rüstəmov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 15 oktyabr tarixində Tərtər şəhər qəbristanlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər şəhər qəbristanlığında dəfn olunub.
Ailəli idi. 2 övladı yadigar qalıb.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.