İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər şəhərində Vətən Müharibəsi zamanı şəhid olmuş mülki vətəndaş Əmirov İsgəndər Yelmar oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədov köməkçisi Elçin Cahangirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Tərtər şəhərində Vətən Müharibəsi zamanı şəhid olmuş mülki vətəndaş Əmirov İsgəndər Yelmar oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Əmirov İsgəndər Yelmar oğlu 18.02.1967-ci il tarixdə Tərtər rayonunda anadan olmuşdur.
Erməni qəsbkarları tərəfindən növbəti dəfə 15 oktyabr 2020-ci il tarixdə Tərtər şəhər qəbiristanlığında dəfn mərasiminin artileriya atəşinə tutulması zamanı Tərtər şəhər sakini 1967-ci il təvəllüdlü Əmirov İsgəndər Yelmar oğlu şəhid olmuşdur.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.