Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər şəhərində Vətən Müharibəsi zamanı şəhid olmuş mülki vətəndaş Əliyev Mehman Sovet oğlunun məzarını ziyarət edib

26 sentyabr 2024 | 16:35

27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədov köməkçisi Elçin Cahangirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin rəisi Pərviz Hüseynov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Tərtər şəhərində Vətən Müharibəsi zamanı şəhid olmuş mülki vətəndaş Əliyev Mehman Sovet oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.  

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Mehman Əliyev 1977-ci ilin sentyabr ayının 4-də Tərtər şəhərində anadan olub. 1991-ci ildə Tərtər rayon Uşaq Musiqi Məktəbini, 1996-cı ildə Ü.Hacıbəyli adına Ağdam Musiqi Texnikomunu qarmon ixtisasları üzrə bitirib. Tərtər rayon Uşaq Musiqi Məktəbində müəllim kimi çalışıb.

Mehman Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində  28 sentyabr tarixində şəhid olub. Tərtərdə şəhərində dəfn olunub.

Ailəli idi. 3 övladı yadigar qalıb.

Şəhidin ailə üzvləri şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər