İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər şəhərində Vətən Müharibəsi şəhidi Aslanov Xəyal Qüdrət oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Tərtər şəhərində şəhid Aslanov Xəyal Qüdrət oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Aslanov Xəyal Qüdrət oğlu 1994-cü ildə Tərtər rayonun Çardaqlı kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsində rayonun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə 28 sentyabr 2020-ci il tarixdə, 26 yaşında şəhid olub.
Xəyal Aslanov ölümündən sora “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.