İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər şəhərində Şəhid Qəhrəmanlı Yaqub Abdulla oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər şəhərində 44 günlük Vətən müharibəsi şəhidi Qəhrəmanlı Yaqub Abdulla oğunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
İcra başçısı şəhidin valideynlərinə Yaqub kimi igid ogul böyütdükləri üçün öz minnətdarlığını bildirib, məhz Yaqub kimi tarix yazan ogulların sayəsində düşmən üzərində qələbə qazanıldıgını, 30 ildən sonra torpaqlarımızın işgaldan azad olundugunu bildirib.
Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların göstərdiyi döyüş sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib. Qazanılan Qələbə zəfərindən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.
Sonra Qəhramanlı Yaqubun keçdiyi döyüş yolundan danışıb.
Qeyd olunub ki, şəhid Yaqub Qəhrəmanlı Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalıb. “Yaşat” Fondunun xətti ilə uzun müddət “İstanbul Medicana Hospitalında”, “İstanbul Cərrahiyə xəstəxanası”nda və Dövlət Təhlükəsizliyi Xidmətinin “Hərbi Tibbi Hospital”ında müalicə almasına baxmayaraq onu həyatda saxlamaq mümkün olmayıb. Yaqub Qəhrəmanlı 29.05.2022-ci il tarixdə şəhadətə qovuşub.
Yaqub Qəhrəmanlı 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Yaqub Qəhrəmanlının 2 yaşlı bir oğlu yadigar qalıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərmizə rəhmət eləsin!