Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər şəhərində Şəhid Aslanov Xəyal Qüdrət oğlunun ailəsini ziyarət edib

24 sentyabr 2023 | 15:53

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının sədirləri ilə birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər şəhərində Vətən müharibəsi şəhidi Xəyal Aslanovun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.

Vətən müharibəsi şəhidinin qısa, lakin şərəfli ömür yolundan söhbət açan  rayon rəhbəri tərtərlilərin tarix yazan Xəyal kimi oğulları ilə fəxr etdiyini bildirib.

Rayon rəhbəri şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında olduğunu, dövlət rəhbərinin şəhid ailələrinin problemlərinin həllinin bütün qurumların qarşısına  bir vəzifə kimi qoyduğunu bildirib.

Qeyd edək ki, N saylı hərbi hissənin giziri Aslanov Xəyal Qüdrət oğlu 1994-cü ildə Tərtər rayonun Çardaqlı kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsində rayonun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə döyüşüb. 28 sentyabr 2020-ci il tarixdə, 26 yaşında şəhid olub.

Xəyal  Aslanov ölümündən sora “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Xəyalın xatirəsi onu tanyanların qəlbində əbədi yaşayacaq.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Keçidlər