İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər şəhərində Birinci Qarabağ müharibəsi şəhidi Əliyev Ədalət Veysəl oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Tərtər şəhərində Birinci Qarabağ müharibəsi şəhidi Əliyev Ədalət Veysəl oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, Əliyev Ədalət Veysəl oğlu Birinci Qarabağ müharibəsində Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü ilin fevralında Kəlbəcərdə Murovdağ istiqamətində itkin düşmüş hesab olunurdu. 22 may 2024-cü ildə şəhidin nəşi tapılaraq Tərtər şəhər məzarlığında torpağa tapşırılıb.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.