Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Sarov kəndində Vətən Müharibəsi şəhidi Şirinli Nurlan Qədir oğlunun məzarını ziyarət edib

26 sentyabr 2024 | 11:02

27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədov köməkçisi Elçin Cahangirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin rəisi Pərviz Hüseynov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Sarov kəndində şəhid Şirinli Nurlan Qədir oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.  

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Qeyd edək ki, Şirinli Nurlan Qədir oğlu 16 oktyabr 1998-ci ildə rayonun Sarov kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsində 7 oktyabr 2020-ci il tarixdə Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu Sarov kəndində dəfn olunub.

Şirinli Nurlan ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü"   medalları ilə təltif olunub.

 Şəhidin ailə üzvləri şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər