Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Qaynaq kəndində Şəhid Surxayzadə Cahangir Hətəm oğlunun ailəsini ziyarət edib

21 sentyabr 2023 | 14:47

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar rayonun Qaynaq kəndində 44 günlük Vətən müharibəsi şəhidi  Surxayzadə Cahangir Hətəm oğunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

İcra başçısı  səhidin valideynlərinə Cahangir kimi igid ogul böyütdükləri üçün öz minnətdarlığını bildirib, məhz Cahangir kimi tarix yazan ogulların sayəsində düşmən üzərində qələbə qazanıldıgını, 30 ildən sonra torpaqlarımızın işgaldan azad olundugunu  bildirib.

Sonra rayon rəhbəri Surxayzadə Cahangirin keçdiyi döyüş yolundan danışıb. Qeyd olunub ki, Azərbaycan Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının əsgəri kimi Fizulinin və Şuşanın azadlığı uğrunda döyüşüb və noyabrın 9-da Şuşa döyüşlərində şəhid olub.

Cahangir  ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, ”Şuşanın azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Oxuduğu Qaynaq kənd  ümumi orta  məktəbində Cahangirin adı əbədiləşdirilib, onun adına sinif otağı verilib. Otaqda  şəhidə güşə ayrılıb, güşədə onun şəkli, haqqında, döyüş fəaliyyəti barədə məlumatlar qoyulub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərmizə rəhmət eləsin!

 

Keçidlər