Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Qaradağlı kəndində Vətən Müharibəsi şəhidi Məmmədli Sənan Səlim oğlunun məzarını ziyarət edib

26 sentyabr 2024 | 10:18

27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Qaradağlı kəndində şəhid Məmmədli Sənan Səlim  oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.  

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Qeyd edək ki, Məmmədli Sənan Səlim oğlu 1997-ci ilin sentyabr ayının 14-də Qaradağlı kəndində anadan olub.  8-ci  sinfi bitirdikdən sonra  təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib, 2016-cı ildə liseyin məzunu olur və yenidən imtahan verərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olur. Məktəbi bitirdikdən sonra peşəkar zabit kimi ordu sıralarında qulluq edir, leytenant rütbəsi alır.   

Sənan Məmmədli 2020-ci ilin oktyabr ayının 15-də  Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olur, 4 gün neytral zonada qalır. Oktyabrın 20-də yaşadığı kənddə dəfn olunur.

Tərtərin qəhrəman oğlu Sənan Məmmədli ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “İgidliyə görə” medalları və ilə təltif olunub.

 Şəhidin ailə üzvləri şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər