Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Qaradağlı kəndində Şəhid Məmmədli Sənan Səlim oğlunun ailəsini ziyarət edib

22 sentyabr 2023 | 20:53

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar rayonun Qaradağlı kəndində Vətən müharibəsi şəhidi Məmmədli Sənanın ailəsində olub, onların qayğıları ilə maraqlanıb.

Vətən müharibəsi şəhidinin qısa, lakin şərəfli ömür yolundan söhbət açan  rayon rəhbəri tərtərlilərin tarix yazan Sənan kimi oğulları ilə fəxr etdiyini bildirib.

Rayon rəhbəri şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında olduğunu, dövlət rəhbərinin şəhid ailələrinin problemlərinin həllinin bütün qurumların qarşısına  bir vəzifə kimi qoyduğunu bildirib.

Məmmədli Sənan Səlim oğlu 1997-ci ilin sentyabr ayının 14-də Qaradağlı kəndində anadan olub. 8-ci sinfi bitirdikdən sonra təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib, 2016-cı ildə liseyin məzunu olur və yenidən imtahan verərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olur. Məktəbi bitirdikdən sonra peşəkar zabit kimi ordu sıralarında qulluq edir, leytenant rütbəsi alır.

Sənan Məmmədli 2020-ci ilin oktyabr ayının 15-də Zəngilan istiqamətində gedəndöyüşlərdə şəhid olur, 4 gün neytral zonada qalır. Oktyabrın 20-də yaşadığı kənddə dəfn olunur.

Tərtərin qəhrəman oğlu Sənan Məmmədli ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “İgidliyə görə” medalları və ilə təltif olunub.

Şəhidin adı əbədiləşdirilib, Tərtər şəhərinin küçələrinin biri onun adını daşıyır. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Keçidlər