Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Qaradağlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Aliquliyev Xəqani Cəfər oğlunun məzarını ziyarət edib

26 sentyabr 2024 | 15:10

27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Qaradağlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Aliquliyev Xəqani Cəfər oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.   

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Qeyd edək ki, Aliquliyev Xəqani Cəfər oğlu 1965-ci il yanvar ayının 22-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Orta təhsilini Qaradağlı kənd orta məktəbində aldıqdan sonra 1983-1985-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Qarabağ uğrunda müharibə başlamamışdan əvvəl Mingəçevir şəhərində Toxuculuq Fabrikində işləyirdi. Erməni işğalçılarına qarşı döyüşmək arzusu ilə Mingəçevir şəhər hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilir. Xidmət etdiyi 703 saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1994-cü il mart ayının 4-də Ağdərə uğrunda gedən döyüşdə şəhid olmuşdur.

Subay idi. Qaradağlı kənd qəbiristanlığında dəfn olunub.

Şəhidin ailə üzvləri şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər