Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Qaradağlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Abbasov Maarif İbrahim oğlunun məzarını ziyarət edib

26 sentyabr 2024 | 15:03

27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Qaradağlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Abbasov Maarif İbrahim oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.   

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Qeyd edək ki, Abbasov Maarif İbrahim oğlu 1967-ci il yanvar ayının 5-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1985-1987-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Qarabağ müharibəsi ərəfəsində rayon Texniki Təchizat İdarəsində işləyirdi. 1993-cü il noyabr ayının 7-də rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilmiş və 703 saylı hərbi hissədə xidməti etməyə başlamışdır. Xidmət etdiyi 703 saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1994-cü il aprel ayının 21-də Ağdərə ətrafında gedən döyüşdə şəhid olmuşdur. Qaradağlı kənd qəbiristanlığında dəfn olunub.

Evli idi. Arif adlı bir oğlu var.

Şəhidin ailə üzvləri şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər