Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Oğuz rayonunda antiterror əməliyyatları zamanı şəhid olan Kənan Ağayevin məzarını ziyarət edib

24 sentyabr 2024 | 17:14

27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Oğuz Rayon İcra Hakimiyyətinin başçı Cavid Əbdul-Qədirov, Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Oğuz rayonunda şəhid Ağayev Kənan Vahid oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Ağayev Kənan Vahid oğlu 2002-ci il sentyabr ayının 9-da Oğuz rayonunun Xalxal kəndində anadan olub, əslən Ağdərə rayonunun Çardaqlı kəndindəndir.

2023-cü il sentyabr ayının 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Oğuz rayonunun Xalxal kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid Ağayev Kənan Vahid oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidin ailə üzvləri şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər