İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Mamırlı kəndində Vətən Müharibəsi zamanı şəhid olmuş mülki vətəndaş Orucov Pərviz Novruz oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Mamırlı kəndində Vətən Müharibəsi zamanı şəhid olmuş mülki vətəndaş Orucov Pərviz Novruz oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, Pərviz Orucov Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərini artilleriya atəşinə tutması nəticəsində şəhər qəbristanlığında qohumunun dəfn mərasimi zamanı şəhid olub. Özündən sonra əkiz övladları yadigar qalıb. Mamırlı kənd qəbristanlığında dəfn olunub, ailənin yeganə oğlu idi.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.