İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Köçərli kəndində Vətən Müharibəsi şəhidi Abbaslı Elnur Yaşar oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Köçərli kəndində şəhid Abbaslı Elnur Yaşar oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Abbaslı Elnur Yaşar oğlu 1992-ci il iyun ayının 17-də Tərtər rayonunun Köçərli kəndində anadan olub. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.
Azərbaycan ordusunun kiçik cavuşu Elnur Abbaslı 2020-ci ilin oktyabr ayının 7-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub, özündən sonra 2 övladı yadigar qalıb. Respublika Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.