Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Köçərli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Ələsgərov Habil Rəşid oğlunun məzarını ziyarət edib

25 sentyabr 2024 | 14:44

27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Köçərli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Ələsgərov Habil Rəşid oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.   

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Qeyd edək ki, Ələsgərov Habil Rəşid oğlu, 1967-ci il avqust ayının 22-də Tərtər rayonunun Köçərli inzibati ərazi vahidinin Köçərli kəndində anadan olmuşdur. Orta təhsilini Qaraqoyunlu kənd orta məktəbində aldıqdan sonra 1985-1987-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Qarabağ uğrunda müharibə başlanan vaxt rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilir. 1993-cü ilin iyul ayından 703 saylı hərbi hissədə xidmət etməklə Ağdərə rayonunun ərazisində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü il fevral ayının 14-də Ağdərə ərazisində gedən döyüşdə şəhid olmuşdur.

Evli idi. Sənan adlı bir oğlu və Vüsalə adlı bir qızı var. Köçərli kənd qəbiristanlığında dəfn olunub.

Şəhidin ailə üzvləri şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər