İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Kəngərli kəndində Vətən Müharibəsi şəhidi Mənsimli İntiqam Rövşən oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Kəngərli kəndində şəhid Mənsimli İntiqam Rövşən oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, şəhid Mənsimli İntiqam 1998-ci il iyunun 5-də Tərtər rayonun Kəngərli kəndində anadan olub. 2020-ci il oktyabr ayının 16-da Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub, oktyabrın 17-də doğulduğu Tərtər rayonunun Kəngərli kəndində dəfn olub.
Ölümündən sonra o, döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.