Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Kəngərli kəndində Vətən Müharibəsi şəhidi Məmmədov Səbuhi Zahid oğlunun məzarını ziyarət edib

24 sentyabr 2024 | 15:29

27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Kəngərli kəndində şəhid Məmmədov Səbuhi Zahid oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Qeyd edək ki, şəhid Səbuhi Məmmədov 17 oktyabr 2000-ci il tarixdə Tərtər rayonunun Kəngərli kəndində anadan olub. 2020-ci ilin sentyabr ayının 1-də hərbi xidmətə yola düşüb, noyabrın 8-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə o, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. 

Şəhidin ailə üzvləri şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər