İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Kəbirli kəndində Vətən Müharibəsi zamanı şəhid olmuş mülki vətəndaş Məmmədov Həsən Asif oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədov köməkçisi Elçin Cahangirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Kəbirli kəndində Vətən Müharibəsi zamanı şəhid olmuş mülki vətəndaş Məmmədov Həsən Asif oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Həsən Məmmədov 1981-ci ilin fevral ayının 1-də Tərtər rayonunun Qaynaq kəndində anadan olub.
Həsən Məmmədov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 6 oktyabr tarixində Azad Qaraqoyunlu kəndinin yaxınlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtərdə rayonunun Kəbirli kəndində dəfn olunub.
Ailəli idi. 3 övladı yadigar qalıb.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.