İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar İsmayılbəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Quluyev Şəmil Əli oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə İsmayılbəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Quluyev Şəmil Əli oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, şəhid Quliyev Şəmil Əli oğlu 1972-ci il yanvar ayının 19-da Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1990-ci il may ayının 28-də keçmiş Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Sovetlər İttifaqının dağılması ilə Əlaqədar həqiqi hərbi xidmətini yarımçıq qoyaraq doğma ismayılbəyli kəndinə qayıtmış və bir müddət kolxozda işlədikdən sonra fevral 1992-ci il tarixdən rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına təkrar hərbi xidmətə çağırılmışdır. Xidmət etdiyi 703 saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvar ayının 7-də Levonarx kəndi ətrafında gedən döyüşdə şəhid olmuşdur.
Evli idi. Şahin adlı bir oğlu var. İsmayılbəyli kənd qəbiristanlığnda dəfn edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.