İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Hüsənli kəndində Vətən Müharibəsi şəhidi Hüseynov Eşqin Cəsarət oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Hüsənli kəndində şəhid Hüseynov Eşqin Cəsarət oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, Hüseynov Eşqin Cəsarət oğlu 20 yanvar 1998-ci ildə rayonun Hüsənli kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsində rayonun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə 29 sentybar 2020-ci il tarixdə 22 yaşında şəhid olub və doğulduğu Hüsənli kəndində dəfn olunub.
Eşqin Hüseynov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, "İgidliyə görə" medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.