Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Hüsənli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Qəhrəmanov Azay Rəhim oğlunun məzarını ziyarət edib

25 sentyabr 2024 | 14:21

27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Hüsənli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Qəhrəmanov Azay Rəhim oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.   

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Qeyd edək ki, Qəhrəmanov Azay Rəhim oğlu 1970-ci il fevral ayının 2-də Tərtər rayonunun Hüsənli kəndində anadan olub. Hüsənli kənd orta məktəbində və Bərdə Rayon Texniki Peşə Məktəbində təhsil alıb. Orta və peşə təhsilini başa vurduqdan sonra 1988-1990-cı illərdə keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra yaşadığı M.Ə.Sabir adına narçılıq sovxozunda fəhlə işləyirdi. Qarabağda erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün Milli Ordu sıralarına daxil olub. Milli Ordunun tərkibində Ağdərə rayonunun yaşayış məntəqələrinin erməni işğalçılarından təmizlənməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü il mart ayının 28-də Ağdərə bölgəsinin strateji əhəmiyyətli "Qlobus" yüksəkliyi uğrunda aparılan döyüşdə şəhid olub. Subay idi. Hüsənli kənd qəbiristanlığında dəfn edilib.

 

Şəhidin ailə üzvləri şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər