Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Hüsənli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Əhmədov Rəhman Bayram oğlunun məzarını ziyarət edib

25 sentyabr 2024 | 14:38

27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Hüsənli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Əhmədov Rəhman Bayram oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.   

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Qeyd edək ki, Əhmədov Rəhman Bayram oğlu 1967-ci il noyabr ayının 18-də Tərtər rayonunun Hüsənli kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndində bitirdikdən sonra 1985-1987-ci illərdə keçmiş Sovet Ordusunda xidmət etmişdir. 1987-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra Hüsənli sovxozunda fəhlə işləmişdir. 1988-1991-ci illərdə Rusiyanın Tümen vilayətində yaşamışdır. Oradan qayıtdıqdan sonra Tərtər və Bərdə rayonlarında müxtəlif işlərdə çalışmışdır. Erməni işğalçılarının torpaqlarımızda törətdikləri vəhşiliklərə dözməyərək düşmənə qarşı mübarizə aparmaq üçün 1993-cü ilin aprel ayında “Tərtər özünümüdafiə batalyonu”na yazılmışdır. Bu batalyonun tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1993-cü ilin iyun ayının 14-də Lüləsaz kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi. Hüsənli kənd qəbiristanlığında dəfn edilib.

Şəhidin ailə üzvləri şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər