Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Evoğlu kəndində Vətən Müharibəsi şəhidi Əhmədzadə Mürşüd Müdail oğlunun məzarını ziyarət edib

24 sentyabr 2024 | 12:22

27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Evoğlu kəndində şəhid Əhmədzadə Mürşüd Müdail oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

Qeyd edək ki, şəhid Mürşüd Əhmədzadə 2000-ci il yanvar ayının 4-də Evoğlu kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 27-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Tərtər rayonunun Evoğlu kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Mürşüd Əhmədzadə ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Şəhidin ailə üzvləri şəhid  ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər