İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Ələsgərli kəndində Vətən Müharibəsi şəhidi Şahbazov Ruslan Mahir oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə İsmayılbəyli kəndində şəhid Əlizadə Elşən Faiq oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, Ruslan Mahir oğlu Şahbazov Azərbaycan Silahlı Qüvvələrinin giziri idi. O, 1991-ci il iyulun 14-də Tərtər rayonunun Ələsgərli kəndində anadan olub.
2014-cu ildən müddətdən artıq hərb qulluqçu kimi xidmətə başlayıb. O, 2016-ci ilin aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində isə Talış, Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Düşmənin 5 tankını, xeyli canlı qüvvəsini məhv edib və Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub, Ələsgərli kədnində dənf olunub.
Ruslan Şahbazov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” “Azərbaycan Ordusunun 100 illiyi” medalalrı ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.