İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Dəmirçilər kəndində Vətən Müharibəsi zamanı şəhid olmuş mülki vətəndaş İbrahimov Şahin Mahmud oğlunun məzarını ziyarət edib
27 sentyabr “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlarla birlikdə Dəmirçilər kəndində Vətən Müharibəsi zamanı şəhid olmuş mülki vətəndaş İbrahimov Şahin Mahmud oğlunun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd edək ki, Şahin İbrahimov 1987-ci ilin dekabr ayının 24-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. Sentyabr ayının 30-da erməni terrorçularının Tərtər şəhərini ağır artileriya atəşinə tutması nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin qarşısında şəhid olub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.