Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Dəmirçilər kəndində Şəhid İsmayıllı Şamil Kamil oğlunun ailəsini ziyarət edib

22 sentyabr 2023 | 21:09

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar rayonun Dəmirçilər kəndində 44 günlük Vətən müharibəsi şəhidi  İsmayıllı Şamil Kamil oğunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

İcra başçısı  səhidin valideynlərinə Şamil kimi igid ogul böyütdükləri üçün öz minnətdarlığını bildirib, məhz Şamil kimi tarix yazan ogulların sayəsində düşmən üzərində qələbə qazanıldıgını, 30 ildən sonra torpaqlarımızın işgaldan azad olundugunu  bildirib.

Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların göstərdiyi döyüş sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib. Qazanılan Qələbə zəfərindən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.

Sonra rayon rəhbəri İsmayıllı Şamilin keçdiyi döyüş yolundan danışıb.

Qeyd olunub ki, Azərbaycan Ordusunun çavuşu İsmayıllı Şamil Kamil oğlu 1993-cü il yanvarın 4-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. Oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 20-də yaşadığı Tərtər rayonunun Dəmirçilər kəndində dəfn olunub.

Şəhid İsmayıllı Şamil sağlığında “Azərbaycan Ordusunun 100 illiyi” yubley medalı ilə, 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərmizə rəhmət eləsin!

Keçidlər