Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 27 sentyabr “Anım Günü” ilə əlaqədar Borsunlu kəndində Şəhid Məmmədov Elman Bəhmən oğlunun ailəsini ziyarət edib

23 sentyabr 2023 | 21:54

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar rayonun Borsunlu kəndində Vətən müharibəsi şəhidi Elman Məmmədovun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.

Vətən müharibəsi şəhidinin qısa, lakin şərəfli ömür yolundan söhbət açan  rayon rəhbəri tərtərlilərin tarix yazan Elman kimi oğulları ilə fəxr etdiyini bildirib.

Rayon rəhbəri şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında olduğunu, dövlət rəhbərinin şəhid ailələrinin problemlərinin həllinin bütün qurumların qarşısına  bir vəzifə kimi qoyduğunu bildirib.

Azərbaycan Ordusunun əsgəri Məmmədov Elman Bəhmən oğlu 1991-ci il avqustun 17-də Tərtər rayonunun Borsunlu kəndində anadan olub. 2020-ci ilin oktyabr ayının 3-də Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. O, oktyabr ayının 4-də yaşadığı Tərtər rayonunun Borsunlu kəndində dəfn olunub.

Şəhid Elman Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər