Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 2-ci dərəcəli Vətən müharibəsi əlili Rizvan Məmmədovun ailəsi ilə görüşüb

11 iyul 2024 | 12:02

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Buruc kəndində 2-ci dərəcəli Vətən  müharibəsi əlili Məmmədov Rizvan Fikrət oğlunun ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Rizvan kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. Onun Vətən, ərazi  bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.

Qeyd edək ki, Məmmədov Rizvan Fikrət oğlu Vətən müharibəsi zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Ona müharibə ilə əlaqədar aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. Rizvan Məmmədov döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.

Qazi Rizvan Məmmədov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Keçidlər