Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 1 nömrəli mediasiya təşkilatında görülən işlərlə tanış olub

17 aprel 2026 | 17:03

Tərtər Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon ərazisində fəaliyyət göstərən 1 nömrəli  mediasiya təşkilatının ofisində görülən işlərlə yaxından tanış olub.

Görüş zamanı təşkilatın direktoru Mirməmməd Əyyubov mediasiya xidmətinin fəaliyyəti, vətəndaş müraciətlərinin həlli istiqamətində görülən tədbirlər və əldə olunan nəticələr barədə rayon rəhbərinə ətraflı məlumat verib. O, bildirib ki, qurum tərəfindən mübahisələrin məhkəmədənkənar, operativ və səmərəli həlli istiqamətində ardıcıl işlər aparılır. Vətəndaş məmnunluğunun artırılması, tərəflər arasında barışığın təmin olunması və sosial sabitliyin möhkəmləndirilməsi əsas prioritetlər sırasında yer alır.

Sonra icra başçısı media təşkilatının kollektivi ilə birlikdə rayonda hüquqi islahatların bir hissəsi olan mediasiya institutunun inkişafı məsələlərini müzakirə edib, rayon ərazisində vətəndaşların media xidmətləri ilə bağlı məlumatlarının artırılmasında mediasiya xidmətlərinin əhəmiyyətini vurğulayaraq bu sahədə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini qeyd edib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Keçidlər